PAYLAŞIN:

Kiyevdə (Ukrayna) Rusiya Silahlı Qüvvələrinin kütləvi hücumu nəticəsində 2 nəfər həlak olub, 87 nəfər xəsarət alıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Xəsarət alanlar arasında yetkinlik yaşına çatmayan üç şəxs var.

Mayın 24-ü gecə saatlarında Rusiya qoşunları paytaxt regionuna genişmiqyaslı zərbə endirib, Kiyev vilayətinə “Oreşnik” ballistik raketi buraxılıb.

 

Paraqraf.com 

Loading