Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
DÜNYA

“Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb

25 May 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bir neçə Yaxın Şərq ölkəsi və Pakistanın liderləri ilə telefon danışığında onları Vaşinqton və Tehran arasında sülh sazişi əldə olunacağı təqdirdə İsraillə münasibətlərin normallaşdırılmasına dair “İbrahim sazişləri”nə qoşulmağa çağırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Axios” ABŞ-nin iki rəsmisinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, 23 mayda Tramp Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışıqları aparıb.

Amerika lideri söhbət zamanı İranla bağlı münaqişə həll edildikdən sonra hələ “İbrahim sazişləri”nə qoşulmayan və ya İsraillə sülh müqaviləsi olmayan ölkələrin Təl-Əvivlə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirib.

“Axios” qeyd edib ki, Qətər, Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələri İsraillə diplomatik münasibətləri dəstəkləmədikləri üçün təklifdən təəccübləniblər.

“Telefonda sükut hökm sürürdü və Tramp zarafatla hamının hələ də telefonda olub-olmadığını soruşdu”, – portalın mənbələrindən biri bildirib.

Məlumata görə, Tramp həmçinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin yaxın həftələrdə münasibətlərin mümkün normallaşdırılması məsələsini müzakirə edəcəklərini açıqlayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiyanın Kiyevə hücumları nəticəsində 87 nəfər xəsarət alıb, 2 nəfər ölüb

Next

Britaniyanın MN rəhbərini daşıyan təyyarə Rusiya sərhədi yaxınlığında peyk siqnalını itirib

Copyright 2026— Praqraf.com. All rights reserved