Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
DÜNYA

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib.

Paraqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri Shimbun” qəzeti hökumət mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, bu yaxınlarda baş tutmuş Çin-ABŞ sammitində Si Cinpin bildirib ki, Sanae Takaiçi və Tayvan Prezidenti Lay Sinde regional sülh üçün təhlükə yaradır və Trampı onlara dəstək verməməyə çağırıb.

Buna cavab olaraq Amerika lideri qeyd edib ki, Takaiçi siyasətçi kimi belə tənqidə layiq deyil.

Tokio ilə Pekin arasında münasibətlər Takaiçinin ötən ilin noyabrındakı bəyanatlarından sonra mürəkkəbləşib. O zaman Takaiçi ehtimal etmişdi ki, Çinin Tayvana mümkün hücumu Yaponiyanın hərbi cavabı üçün əsas ola bilər.

Yaponiyanın Baş nazirinin dəftərxanası, ölkənin Xarici İşlər Nazirliyi və ABŞ-nin Tokiodakı səfirliyi dərc olunan məlumatı hələlik şərh etməyib.

Çinə iki günlük səfəri başa çatdıqdan sonra Tramp Takaiçi ilə telefonla danışıb. Yaponiyanın Baş nazirinin sözlərinə görə, tərəflər Yaponiya-Amerika ittifaqının “sarsılmaz” xarakterini təsdiqləyiblər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paşinyan Axalkalaki – Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb

Next

Azərbaycan XİN Eritreyanı Milli Günü münasibətilə təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved