Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Paşinyan Axalkalaki – Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb
DÜNYA

Paşinyan Axalkalaki – Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb

24 May 2026 1 Min Read
PAYLAŞIN:

Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki – Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb.

Paraqraf.com xəbər verir ki, Paşinyan bu barədə “Facebook” sosial media hesabında yazıb.

“Axalkalaki – Qars dəmir yolunun, eləcə də Azərbaycan dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən şadam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür edirəm”, – Paşinyan yazıb.

O bildirib ki, hazırda Ermənistan Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə, Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstandan keçməklə, Çinlə dəmir yolu əlaqəsinə malikdir. İndi bu istiqamətlərə, o cümlədən Avropa İttifaqı ilə əlaqəni təmin edən, Gürcüstan və Türkiyədən keçən marşrut da qoşulub.

Bundan əlavə, hökumət başçısı qeyd edib ki, tezliklə Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında, daha sonra isə Naxçıvan vasitəsilə Ermənistanla İran arasında birbaşa dəmir yolu əlaqəsinin işə salınması gözlənilir.

“TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə biz bu hadisələrin şahidi olacağıq”, – Paşinyan vurğulayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya səfiri Albaniya XİN-ə çağırılıb

Next

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

Copyright 2026— Praqraf.com. All rights reserved