Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/AQP: Azərbaycan tikinti sektorunda maya dəyəri 7 %-ə yaxın artıb
İQTİSADİYYAT

AQP: Azərbaycan tikinti sektorunda maya dəyəri 7 %-ə yaxın artıb

20 May 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) bu ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb.

Palatadan Paraqraf.com-a verilən məlumata görə, Azərbaycan tikinti sektorunda maya dəyəri artımı sürətlənib.

Apreldə tikinti xərcləri 2025-ci ilin dekabr ayı ilə müqayisədə 6,8 % artıb. İndeks hesabat dövründə 106,8 bənd səviyyəsində formalaşıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.

Palatanın hesablamalarına görə, tikinti materialları üzrə alt indeks 107,5, əmək qüvvəsi üzrə alt indeks 105,4, maşın-mexanizm üzrə alt indeks isə 103,8 təşkil edib. Ümumi xərc artımı orta hesabla 6,8 % olub. Ən yüksək qiymət artımı metal və beton məhsullarında müşahidə edilib, ən stabil seqment isə maşın-mexanizm xərcləri olub.

Hesabatda qeyd olunur ki, bazarda xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bu artımın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərcinin bahalaşması və tikinti sektorunda tələbin aktiv qalması göstərilir.

Tikinti materialları arasında ən yüksək dinamika metal məhsullarında qeydə alınıb. Belə ki, metal məhsulları üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106,0, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.

Əmək bazarında da artım tendensiyası davam edib. Xüsusilə kafel-metlax, fasad və alçipan işləri üzrə xidmət haqlarında yüksəliş qeydə alınıb. Fasad işləri üzrə indeks 108,5, kafel və metlax işlərində 107, hörgü işlərində 105,2, alçı və suvaq işlərində 104,8, laminat və parket işlərində isə 103,9 olub. Palata hesab edir ki, tikinti sektorunda aktivliyin yüksəlməsi peşəkar usta xidmətlərinə tələbi artırıb və bu da əmək xərclərinə birbaşa təsir göstərib.

Maşın-mexanizm seqmentində isə qiymət artımı digər komponentlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.

Palata bildirir ki, tikinti bazarında müşahidə olunan cari dinamika yeni tikililərin maya dəyərinin yüksəlməsini davam etdirir. Xüsusilə metal və beton məhsullarındakı bahalaşma daşınmaz əmlak sektorunda qiymət formalaşmasına birbaşa təsir edən əsas amillərdən biri olaraq qalır. Palatanın qənaətinə görə, tikinti xərclərindəki artımın yaxın aylarda da bazar qiymətlərinə təsirini davam etdirməsi gözlənilir.

Xatırladaq ki, AQP dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti indekslərini açırlayır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda 4 ayda benzin və dizel yanacağının istehsalı artıb

Next

Braziliya rəsmisi: “İctimai nəqliyyat mərkəzli şəhər inkişafına üstünlük veririk”

Copyright 2026— Praqraf.com. All rights reserved