Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan WUF13-də “ağıllı yaşayış məntəqələri” konsepsiyasını təklif edib
SİYASƏT

Azərbaycan WUF13-də “ağıllı yaşayış məntəqələri” konsepsiyasını təklif edib

19 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün nəzərdə tutulan “ağıllı yaşayış məntəqələri” konsepsiyasını təqdim edib.

Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir” adlı panel sessiyasında bildirib.

E. İsgəndərov iştirakçıları məcburi köçkünlərin etibarlı qayıdışını təmin edən, texnoloji və həyat qabiliyyətli yaşayış məskənlərinin formalaşdırılmasına yönəlmiş kompleks həllər toplusu olan “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri” (4SRP) təşəbbüsü ilə tanış edib.

“Burada biz Zəngilan təcrübəsinə və ümumilikdə azad edilmiş ərazilərin bərpası üzrə Azərbaycan təcrübəsinə, xüsusən də təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənlərinin nümunəvi modeli kimi qəbul edilən Zəngilana əsaslanmaq niyyətindəyik. Bu təşəbbüs, mahiyyət etibarilə, mövcud çağırışlara olan bütün cavabları əhatə edir. Bu tərəfdaşlıq və onun daha da detallı işlənməsi üçün operativ ekspert işçi qrupunun formalaşdırılması barədə qərarımız çərçivəsində artıq iki əsas istiqamət müəyyənləşib. İlk növbədə, rəhbər prinsipləri işləyib hazırlamaq tələb olunur. Afrikadan Qafqaza, Asiyadan Balkanlara qədər toplanmış ən yaxşı təcrübələrə əsaslanan postmünaqişə ərazilərinin bərpası üçün aydın istiqamətlər lazımdır”, – diplomat vurğulayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

UN-Habitat: Ölkələr milli mənzil siyasətlərini yeniləməlidir

Next

Gürcüstan rəsmisi: Postsovet irsi mənzil siyasətinin formalaşmasına təsir edir

Copyright 2026— Praqraf.com. All rights reserved