Azərbaycan və Pakistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Paraqraf.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik ilə görüş keçirib.
Görüşdə ikitərəfli enerji əməkdaşlığı gündəliyində yer alan məsələlərlə yanaşı, elektrikləşmə, enerji mənbələri və marşrutlarının diversifikasiyası, enerji bağlantıları və ekoloji təhlükəsizlik istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
