Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Xarici dil imtahanında dəyişiklik şagirdlərin danışıq və yazı bacarıqlarını inkişaf etdirəcək” – Ekspert
MANŞETÖZƏL

“Xarici dil imtahanında dəyişiklik şagirdlərin danışıq və yazı bacarıqlarını inkişaf etdirəcək” – Ekspert

15 May 2026 1 Min Read
PAYLAŞIN:

Gələcəkdə buraxılış imtahanlarında xarici dil üzrə danışıq bacarığının da yoxlanılması tətbiq oluna bilər.

Bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə APA-ya müsahibəsində məlumat verib.

Sədr bildirib ki, növbəti ildən XI sinif buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə təxminən 100 sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur. Onun sözlərinə görə, bu tapşırıq imtahan müddətinə əlavə olaraq təxminən 15 dəqiqə vaxt artırılmasını tələb edə bilər. Hazırda məsələ müzakirə mərhələsindədir və normativ-hüquqi sənədlərə uyğunlaşdırılması istiqamətində iş aparılır.

Təhsil eksperti Ramin Nurəliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, xarici dil fənni üzrə əlavə vaxtın ayrılması müsbət addımdır:

“Əvvəlki illərdə qəbul imtahanlarında əsas diqqət qrammatikaya yönəlirdi. Abituriyentlər qrammatikanı əzbərləyərək yüksək nəticə əldə etsələr də, danışıq bacarıqları zəif olurdu. Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olduqdan sonra isə tələbələr müəyyən çətinliklərlə qarşılaşırdılar. Yeni dəyişikliklər şagirdlərin həm yazı, həm də danışıq bacarıqlarının inkişafına müsbət təsir göstərəcək. Çünki imtahanlarda bu tip tapşırıqların olması onları həmin istiqamətdə çalışmağa təşviq edir”.

Ekspert əlavə edib ki, tətbiq ediləcək yeniliklər gələcəkdə şagirdlərin IELTS kimi beynəlxalq imtahanlarda daha uğurlu nəticə göstərməsinə də kömək edə bilər:

“Əvvəllər qrammatikadan yüksək bal toplayan bəzi abituriyentlər xarici vətəndaşlarla sərbəst ünsiyyət qura bilmirdilər. Danışıq və yazı bacarıqları zəif idi. Yeni qaydalar isə bu istiqamətdə inkişafı stimullaşdıracaq və tədrisi ingilis dilində olan ixtisaslarda təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir

Next

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar

Copyright 2026— Praqraf.com. All rights reserved