Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 14
  • “El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir

admin 14 May 2026 4 minutes read
w9PmtAih24SwXHl55mhRXuOEwjJBWcmD7Km8Qhww_1200
PAYLAŞIN:

Bu gün Azərbaycanın regional siyasəti Cənubi Qafqazın sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məkanına çevrilməsinə yönəlib. Bakı tərəfindən həyata keçirilən irimiqyaslı logistik və enerji təşəbbüsləri, Gürcüstanla sıx qarşılıqlı fəaliyyət, eləcə də Ermənistanla kommunikasiyaların qurulması və ticarətin inkişafında əldə olunan irəliləyişlər sayəsində region yeni geostrateji əhəmiyyət kəsb edir.

Paraqraf.com xəbər verir ki, bu barədə Panavropa İttifaqının baş katibi Karlos Uriarte Sançesin “El Mundo Financiero” nəşrində dərc olunan məqaləsində bildirilib.

Onun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizləri, dəmir yolu və enerji layihələri, eləcə də Avropa ilə Asiya arasında yeni ticarət marşrutları Cənubi Qafqazı Şərqlə Qərb arasında ən mühüm körpüyə çevirir. Bu fonda Azərbaycan regional qarşılıqlı əlaqələrin, dialoqun və praqmatik əməkdaşlığın təşəbbüskarı kimi mərkəzi rol oynayır.

Uriarte Sançes öz məqaləsində həmçinin xatırladıb ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilir.

Ekspert vurğulayıb ki, böyük liderin siyasi irsi tədricən dayanıqlı sülhə və ümumi rifaha doğru irəliləyən regionda həyata keçməyə davam edir.

“2026-cı il mayın 10-da siyasi və strateji baxışı müasir müstəqil Azərbaycanın əsaslarını qoyan tarixi şəxsiyyət – Heydər Əliyevin anadan olmasının 103 ili tamam oldu. Məhz onun liderliyi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, hakimiyyət institutlarının inkişafında və sabitliyə, suverenliyə və milli inkişafa yönəlmiş xarici siyasətin formalaşdırılmasında əsas rol oynayıb. Azərbaycanın Ümummilli Lideri tərəfindən qarşıya qoyulan məqsədlər bu gün reallığa çevrilib”, – o yazıb.

Sançes qeyd edib ki, 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycan öz müasir tarixinin ən mürəkkəb dövrlərindən biri ilə – siyasi böhran, ağır iqtisadi çətinliklər və Qarabağda silahlı münaqişə ilə üzləşib. Bu kontekstdə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması ölkə üçün dönüş nöqtəsi olub.

O, həmçinin vurğulayıb ki, əvvəllər işğal olunmuş ərazilərin azad edilməsindən sonra Azərbaycan zərər çəkmiş regionların kompleks bərpasına və reabilitasiyasına yönəlmiş “Böyük Qayıdış” Dövlət Proqramının icrasına başlayıb.

“Dağıdılmış şəhər və kəndlər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında bərpa edilir. Dayanıqlı inkişaf prinsiplərinə cavab verən müasir infrastruktur yaradılır, yollar, məktəblər, xəstəxanalar, enerji sistemləri və nəqliyyat şəbəkələri tikilir. Eyni zamanda, məcburi köçkünlər artıq öz doğma evlərinə təhlükəsiz şəkildə qayıtmağa başlayıblar. Qarabağın bərpası təkcə ərazinin dirçəlişi prosesi deyil, həm də genişmiqyaslı milli layihədir”, – Sançes deyib.

 

Paraqraf.com 

Loading

Visited 5 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub

OXŞAR MÖVZULAR

gvmhJWZEFyGgEa385HJluPlkadcxMDCWDhzSzcKp_1200

“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub

admin 14 May 2026
mfp1niJTAOGIFUEAa4Elar7Yx7fvVkUSt4u0OVK4_1200

Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib

admin 14 May 2026
QPRIxhEaJOQRHjWKXJKtobgYhARaVJ7u8pptfGmM_1200

Azərbaycandan Rusiyaya ixrac prosesinin sadələşdirilməsi müzakirə olunub

admin 14 May 2026

XƏBƏR LENTİ

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir w9PmtAih24SwXHl55mhRXuOEwjJBWcmD7Km8Qhww_1200

“El Mundo Financiero”: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq və sülh regionuna çevirir

14 May 2026
“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub gvmhJWZEFyGgEa385HJluPlkadcxMDCWDhzSzcKp_1200

“EFES – 2026”: General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub

14 May 2026
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib 698958421_1017831203909995_5576372569494817602_n_1778737591

Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

14 May 2026
Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib mfp1niJTAOGIFUEAa4Elar7Yx7fvVkUSt4u0OVK4_1200

Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib

14 May 2026
Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib HlQKkVsVjVFbKAImdlPqo76yivR7QbhrvS2mGss5_1200

Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib

14 May 2026
Azərbaycandan Rusiyaya ixrac prosesinin sadələşdirilməsi müzakirə olunub QPRIxhEaJOQRHjWKXJKtobgYhARaVJ7u8pptfGmM_1200

Azərbaycandan Rusiyaya ixrac prosesinin sadələşdirilməsi müzakirə olunub

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.