Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib
SİYASƏT

Pakistanın Baş naziri Fərid Əhmədovu qəbul edib

14 May 2026 1 Min Read
PAYLAŞIN:

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistana səfəri çərçivəsində Azərbaycan ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.

Bu barədə Paraqraf.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Fərid Əhmədov ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Pakistanın Baş nazirinə çatdırıb. Məhəmməd Şahbaz Şərif də öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, mədəni və dini bağlılıqlara əsaslandığı, eyni zamanda bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan Ədliyyə Nazirliyi ilə Pakistanın Federal Hüquq və Ədliyyə Nazirliyi arasında son iki ildə imzalanmış Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi üzrə tədbirlərin həyata keçirildiyi bildirilib. İki ölkə arasında imzalanmış hüquqi sənədlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Ölkələr arasında hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıq müzakirə edilib. Həmçinin hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcud olduğu vurğulanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib

Next

Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

Copyright 2026— Praqraf.com. All rights reserved