Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək
MƏDƏNİYYƏT

Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək

14 May 2026 1 Min Read
PAYLAŞIN:

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ilə Türkiyənin Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb.

Naxçıvan Dövlət Kukla Teatrından Paraqraf.com-a verilən məlumata görə, memorandumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında mövcud münasibətləri mədəniyyət və incəsənət sahəsində daha da inkişaf etdirməkdir.

Bundan başqa, memorandumda teatr sənəti istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Sənədə əsasən, qarşılıqlı qastrol səfərlərinin təşkili, tamaşaların nümayişi, ustad dərslərinin keçirilməsi, festival və beynəlxalq layihələrdə birgə iştirak, eləcə də teatr sahəsində peşəkar əməkdaşlığın gücləndirilməsi də planlaşdırılır.

İmzalama mərasimində çıxış edən Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının rəhbəri Ergün Engin Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının mədəniyyət sahəsində də uğurla davam etdiyini vurğulayıblar.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan nefti cüzi ucuzlaşıb

Next

Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək

Copyright 2026— Praqraf.com. All rights reserved