Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 14
  • Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək

Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək

admin 14 May 2026 2 minutes read
C6C5Ht9NgLFUumXWOi9QXMEnLtU2DQ5LmYJGlOZ4_1200
PAYLAŞIN:

Ceki Çanın iştirakı ilə əfsanəvi franşizanın yeni filmi olan “Tanrının yaraqları 4: Ultimatum”un çəkilişlərinin bir hissəsi Azərbaycanda baş tutacaq.

Paraqraf.com “Variety”yə istinadən xəbər verir ki, filmin istehsalına iyulda başlanacaq, dünya premyerası isə 2027-ci ilin ikinci rübünə planlaşdırılıb.

Filmin çəkilişləri Azərbaycanda və Qazaxıstanda aparılacaq. Layihə məşhur “Tanrının yaraqları” filmlər seriyasının Mərkəzi Asiya və Azərbaycanda çəkilmiş ilk hissəsi olacaq.

Filmin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və İqor Tsay olacaq. İstehsalla Qazaxıstanın “Salem Entertainment” şirkəti məşğul olur.

Süjetə əsasən, Ceki Çanın qəhrəmanı – Asiya qırğısı – uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş “Tumar” adlı qədim artefaktın axtarışlarına yenidən qayıdır.

Ceki Çan özü qeyd edib ki, regiondakı tərəfdaşlarla əməkdaşlıq yeni vizual və yaradıcılıq imkanları açacaq.

“Tanrının yaraqları” franşizası hələ 1986-cı ildə başlayıb və Ceki Çanın iştirak etdiyi ən populyar döyüş filmləri seriyasından birinə çevrilib. Sonuncu film – “Çin təqvimi” – 2012-ci ildə ekranlara çıxaraq prokatda 140 milyon dollardan çox gəlir toplayıb.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək
Next: “İnter” İtaliya Kubokunun qalibi olub

OXŞAR MÖVZULAR

nOkO9rweyu5knjaTj9YNJCniwy0gXax2xdrylVoh_1200

Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək

admin 14 May 2026
hWvyDjFYVdbIjaxkHiSXhUjv0B2FtzKYVm7OPPSl_1200

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

admin 02 May 2026
u786rv0eWkXhD02eELbiR438rVh1gUt2R3CflBm1_1200

Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir

admin 02 May 2026

XƏBƏR LENTİ

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib 5FMBeFrnmLSAaIBBJklko453bWLnRzmqImWep2fd_1200

Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib

14 May 2026
UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib ryWCDiKWGgYbUX3P5PpexKY8edHMvaMKPGTaCL3g_1200

UKMTO: BƏƏ sahillərində gəmi ələ keçirilib

14 May 2026
Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib jatIgN0GceAfcmLUQb57lOOxKaZNnbTruE5gHoxs_1200

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib

14 May 2026
Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var 62d1e502-a7e0-359b-9129-b9243e2fa37c_1200

Ukraynada iki vilayət atəşə tutulub, 2 ölü, 47 yaralı var

14 May 2026
Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb U3FUr9d3GzTqRstzg9EbTjYaNdflChDg0t5JCHCY_1200

Hindistanda güclü fırtına nəticəsində 90-a yaxın insan ölüb

14 May 2026
Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir IvpW11mkfaNaXhjZuHYMR8p177RzieNT4Tw18jrt_1200

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.