PAYLAŞIN:

Əgər İran əldə edilmiş razılaşmalara əməl etməyə razılaşsa, “Epik qəzəb” əməliyyatı başa çatacaq, həmçinin Hörmüz boğazının blokadası aradan qaldırılacaq.

Paraqraf.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” yazıb.

“İranın əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirməyə razılaşacağı fərz edək. O zaman “Epik qəzəb” sona çatacaq və Hörmüz boğazının blokadası İran da daxil olmaqla hamı üçün açıla bilər”, – o qeyd edib.

Bununla yanaşı, Tramp İranı əvvəlkindən daha genişmiqyaslı və intensiv zərbələrlə hədələyib.

 

Paraqraf.com 

Loading