Skip to content
06 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 6
  • Ərdoğan Bakı ilə məsləhətləşmələrdən sonra Makronun Türkiyəyə keçid təklifini qəbul etməyib

Ərdoğan Bakı ilə məsləhətləşmələrdən sonra Makronun Türkiyəyə keçid təklifini qəbul etməyib

admin 06 May 2026 3 minutes read
205JBos5gt4rWK7UXhZ3BEgCqNYno0K3bf9OWSxY_1200
PAYLAŞIN:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın “AZfront” teleqram kanalı yazıb.

Mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək “siyasi cəhətdən rəmzi” jest etməyi planlaşdırırdı.

Bir neçə məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi – Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.

“Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq səviyyədə tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini öz diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransız prezidentinin 30 ildən artıq müddətdir bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi üçüncü tərəfin ikitərəfli kommunikasiyaları açmasının misli görünməmiş nümunəsi ola bilərdi.

Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makron bu baş tutmayan cəhdi ilə öz geosiyasi ambisiyaları və Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı uçurumu bir daha vurğuladı”, – deyə nəşr “Le Journal du Dimanche” qəzetinin “Fransa diplomatiyası Makronun dövründə sürətlə öz əhəmiyyətini itirir” adlı məqaləsini də misal gətirərək yazıb.

Bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları rezonans doğurub. O bildirib ki, “İrəvanda özünü evindəki kimi hiss edir”. Eyni zamanda, Ermənistan-Türkiyə normallaşması başladıqdan sonra erməni həmkarı Ruben Rubinyana təkliflər edərkən o, “Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub”. Azərbaycan KİV-ləri qeyd edir ki, onun ritorikası Türkiyə hakimiyyətinin rəsmi xətti ilə ziddiyyət təşkil edir və milli maraqlardan uzaqlaşma kimi qəbul edilə bilər.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Zelenski: Macarıstan Ukraynaya “Oşadbank”ın vəsaitlərini qaytarıb
Next: Tramp Hörmüz boğazının açılması şərtlərini açıqlayıb

OXŞAR MÖVZULAR

gsQHQvkZS4oGsJCb0VigTsI9yS4NVciUG6XGXelX_1200

Qazaxıstan yanacağın ölkədən çıxarılmasına qadağanın müddətini uzadıb

admin 06 May 2026
1YP7qO0qEQpXY20NN3GILoHT8S6kUEHkmU2ZiyV7_1200

Axios”: İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər

admin 06 May 2026
75508c26-4eee-3bf4-83f2-43b4a44d86ba_1200

Norveç PURL mexanizmi vasitəsilə Ukraynaya 300 milyon dollardan çox vəsait ayıracaq

admin 06 May 2026

XƏBƏR LENTİ

Gürcüstan sərhədində Ermənistandan gətirilən 11 milyon dollardan artıq narkotik aşkarlanıb YIX2L3k6yfmFc8r9R7DcBM2HuiVslJhyOFcLPnoK_1200

Gürcüstan sərhədində Ermənistandan gətirilən 11 milyon dollardan artıq narkotik aşkarlanıb

06 May 2026
Qalib Qasımov: “Sistemli islahatlar olmadan davamlı inkişaf mümkün deyil” IMG-20260506-WA0012

Qalib Qasımov: “Sistemli islahatlar olmadan davamlı inkişaf mümkün deyil”

06 May 2026
UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir 8HgzzZTHclLAemvmZgYwklBuKECHBwRepLpoAfXC_1200

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

06 May 2026
Azərbaycanın 26 cüdoçusu Qoridə keçiriləcək Avropa Kubokunda iştirak edəcək d700232f-5be0-3a1d-93ea-c38fa8865d7b_1200

Azərbaycanın 26 cüdoçusu Qoridə keçiriləcək Avropa Kubokunda iştirak edəcək

06 May 2026
“Baku Open” Beynəlxalq Şahmat Festivalının son turu start götürüb 6Uf7YDsbxlB44x8rAuQpcL8uWWpkM19Ayro5cePB_1200

“Baku Open” Beynəlxalq Şahmat Festivalının son turu start götürüb

06 May 2026
“Çelsi”nin futbolçusu Uesli Fofana “Barselona”ya təklif olunub waRdcM4pi5QxOU8284UlSrYpbCJVymgneUQTPLIG_1200

“Çelsi”nin futbolçusu Uesli Fofana “Barselona”ya təklif olunub

06 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.