PAYLAŞIN:

Abşeron rayonu Novxanı qəsəbəsində şəxsiyyəti hələ dəqiqləşdirilməyən gənc oğlan bıçaqlanaraq öldürülüb, şübhəli şəxs saxlanılıb.

Paraqraf.com-un məlumatına görə, hadisə “Novxanı bağları”nın “Atçılıq” kimi tanınan hissəsində qeydə alınıb.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü M.Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

 

Paraqraf.com 

Loading