Türkiyə kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov arasında görüş keçirilib.
Bu barədə Paraqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub, Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsi çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED) hazırlıq prosesi barədə qonaqlara məlumat verilib.
Paraqraf.com
![]()
