Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Mançester Siti” çempionluq uğrunda “Arsenal”la mübarizədə xal itirib
İDMAN

“Mançester Siti” çempionluq uğrunda “Arsenal”la mübarizədə xal itirib

05 May 2026 1 Min Read
PAYLAŞIN:

“Mançester Siti” İngiltərə Premyer Liqasının (İPL) 35-ci turunun səfər matçında “Everton”la heç-heçə edərək, cari mövsümdə çempionluq uğrunda Londonun “Arsenal” klubu ilə mübarizədə vacib xal itirib.

Paraqraf.com xəbər verir ki, Liverpuldakı “Hill Dikinson” stadionunda baş tutan görüş 3:3 hesabı ilə başa çatıb, eyni zamanda “şəhərlilər” matçın əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə məğlubiyyətdən xilas ola biliblər.

43-cü dəqiqədə Jeremi Doku hesabı açıb və “Siti”ni önə keçirib. 68-ci dəqiqədə Tyerno Barri cavab topunu vurub. 73-cü dəqiqədə Ceyk O’Brayen meydan sahiblərinin üstünlüyünü təmin edib. 81-ci dəqiqədə Barri dublunu rəsmiləşdirib. 83-cü dəqiqədə Erlinq Holann “şəhərlilər”in ikinci qolunu vurub. Doku 90+7-ci dəqiqədə tabloda bərabərliyi bərpa edib.

Bu oyundan sonra 48 xalı olan “Everton” İngiltərə çempionatının yüksək divizionunun turnir cədvəlində onuncu yerdə qərarlaşıb, 71 xalı olan “Mançester Siti” isə ikinci pillədədir.

“Siti”nin ehtiyatda bir oyunu var, lakin turnir cədvəlinə liderlik edən “Arsenal”la xal fərqi 5-ə yüksəlib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ayaz Mustafayev: “Space” televiziyasının nüfuzunu artırmaq üçün komanda ilə işləyəcəyik”

Next

Premyer Liqa: “Neftçi” XXX turun son oyununda “Karvan-Yevlax”la qarşılaşacaq

Copyright 2026— Praqraf.com. All rights reserved