“Space” televiziyasına yeni baş direktor təyin olunub. Kanalın təsisçisinin qərarına əsasən bu vəzifə Ayaz Mustafayevə həvalə edilib.
Məsələ ilə bağlı Paraqraf.com-a açıqlama verən Ayaz Mustafayev bildirib ki, əsas məqsəd kanalın inkişafını davam etdirmək və nüfuzunu daha da gücləndirməkdir:
“Space” televiziyası uzun illərdir baxımlı kanallardan biridir. Bu günə qədər müəyyən işlər görülüb və bundan sonra da həmin istiqamətdə fəaliyyət davam etdiriləcək. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün komanda ilə birlikdə çalışacağıq ki, kanalın nüfuzunu artıraq. İstənilən halda televiziyada baş verən dəyişikliklər tamaşaçılar üçün aydın şəkildə hiss olunacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 5 times, 5 visit(s) today
