Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.
Paraqraf.com-un məlumatına görə, sonuncu oyun günündə iki matç keçiriləcək.
“İmişli” “Qəbələ”nin qonağı olacaq. Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 15:30-da start götürəcək. Meydan sahibləri 19 xalla 11-ci, qonaqlar 23 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci oyununda “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Görüş Tovuz şəhər stadionunda, saat 18:00-da başlayacaq. Tovuz klubu 49 xalla üçüncü, “gənclik şəhəri” təmsilçisi 32 xalla yeddinci sıradadır.
Xatırladaq ki, turun əvvəlki matçlarında “Karvan-Yevlax” “Kəpəz”i (4:1), “Neftçi” “Araz-Naxçıvan”ı (2:1) məğlub edib. “Şamaxı” – “Qarabağ” (0:0) və “Sabah” – “Zirə” (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.
Paraqraf.com
![]()
