27 Okt 2026, Ça

“Atalanta”nı məğlub edən “Yuventus” İtaliya A Seriyasında ilk “dördlüy”ə yüksəlib

PAYLAŞIN:

“Yuventus” İtaliya A Seriyasının XXXII turunda səfərdə “Atalanta”nı minimal hesabla məğlub edib.

Paraqraf.com xəbər verir ki, Berqamodakı “Ceviss – Atleti Adzurri d`İtaliya” stadionunda keçirilən görüş turinlilərin 1:0 hesabılı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 48-ci dəqiqədə Jeremi Boqa vurub.

Hazırda “Atalanta” 53 xalla İtaliya çempionatının turnir cədvəlində yeddincidir. “Yuventus” 60 xalla dördüncü pillədə qərarlaşıb.

 

Paraqraf.com 

Loading