Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski: Türkiyə, Böyük Britaniya və Ukrayna Aİ-nin təhlükəsizliyini gücləndirə bilər
DÜNYA

Zelenski: Türkiyə, Böyük Britaniya və Ukrayna Aİ-nin təhlükəsizliyini gücləndirə bilər

10 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ NATO-dan çıxacağı təqdirdə Avropa İttifaqı (Aİ) öz təhlükəsizlik arxitekturasını dəyişməli olacaq.

Paraqraf.com “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, Rusiyanın 2030-cu ilə qədər ordusunun sayını 2,5 milyon nəfərə çatdırmaq cəhdini nəzərə alsaq, təhlükəsizliyi təmin etmək üçün Aİ-yə əlavə ölkələr lazımdır:

“Əgər ABŞ həqiqətən də NATO-dan çıxmaq barədə düşünürsə, o zaman Avropanın təhlükəsizliyi müstəsna olaraq Aİ-yə əsaslanacaq. Lakin indiki formasında yox. Hesab edirəm ki, Aİ elə bir vəziyyətdədir ki, ona əlavə ölkələr lazımdır. Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç. Bunlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir”.

Zelenski bildirib ki, Böyük Britaniya, Ukrayna və Türkiyə ordularının birgə potensialı Rusiya ordusunun imkanlarını üstələyir:

“Bu ölkələrlə dənizlərə nəzarət etmək, hava məkanını qorumaq və ən böyük quru qüvvələrə sahib olmaq mümkündür. Avropanın öz iqtisadiyyatını inkişaf etdirmək istəyinə baxmayaraq, təhlükəsizlik məsələləri birinci yerdə qalmalıdır”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mirzoyan: TRIPP layihəsinin tikintisi üçün Ermənistana üçüncü ölkənin dəstəyi zəruridir

Next

Pir Hüseyn Kulivənd: ABŞ və İsrailin zərbələrindən sonra İranda 125 min obyekt zədələnib

Copyright 2026— Praqraf.com. All rights reserved