Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Mirzoyan: TRIPP layihəsinin tikintisi üçün Ermənistana üçüncü ölkənin dəstəyi zəruridir
DÜNYA

Mirzoyan: TRIPP layihəsinin tikintisi üçün Ermənistana üçüncü ölkənin dəstəyi zəruridir

10 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, TRIPP (“Trampın Marşrutu”) layihəsinin tikinti mərhələsində İrəvana tərəfdaş qismində üçüncü ölkənin köməyi lazım olacaq.

Paraqraf.com erməni KİV-lərinə istinadən xəbər verir ki, o bunu Estoniya XİN başçısı Marqus Sahkna ilə birgə mətbuat konfransında bəyan edib.

“Biz ümid edirik ki, mümkün qədər tez növbəti mərhələyə – tikintiyə keçəcəyik. Məhz burada bizə üçüncü tərəfdaşlar lazım olacaq. Əlbəttə, müqavilə ikitərəfli olacaq – Ermənistan – ABŞ, lakin tərəfdaşlar bizə həm tikinti mərhələsində, həm də, çox güman ki, sistemlərin idarə olunması mərhələsində lazım olacaq”, – Mirzoyan vurğulayıb.

Nazir əlavə edib ki, layihə üzərində iş intensiv rejimdə davam edir və iş sənədlərinin və hökumətlərarası sazişin razılaşdırılması mərhələsindədir.

Onun sözlərinə görə, heç kəs üçün sirr deyil ki, TRIPP ikitərəfli layihə olsa da, o, Çindən başlayaraq Portuqaliyaya qədər bir çox ölkələrin maraqları ilə şərtlənib.

“Onun bir ucu Azərbaycanla, digəri isə Naxçıvanla həmsərhəd olmalıdır, lakin məntiqi davamı Ermənistanın Türkiyəyə və Mərkəzi Asiya ölkələrinə dəmir yolu şəbəkəsidir”, – o bəyan edib.

XİN başçısının sözlərinə görə, layihəyə Yaxın Şərq dövlətləri də maraq göstərir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qazaxıstan və ABŞ yeni birgə layihələri müzakirə ediblər

Next

Zelenski: Türkiyə, Böyük Britaniya və Ukrayna Aİ-nin təhlükəsizliyini gücləndirə bilər

Copyright 2026— Praqraf.com. All rights reserved