Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycandan xaricə gedən vətəndaşların sayı cüzi artıb
CƏMİYYƏT

Azərbaycandan xaricə gedən vətəndaşların sayı cüzi artıb

03 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

Paraqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, gələnlərin 23,2 %-i Rusiya, 21,1 %-i Türkiyə, 9 %-i İran, 5 %-i Gürcüstan, 4,6 %-i Hindistan, 3,7 %-i Pakistan, 3,6 %-i Qazaxıstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Özbəkistan, 2,6 %-i İsrail, 2 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 % olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72 %-ini kişilər, 28 %-ini qadınlar təşkil edib.

Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4 % artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4 % artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9 % azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7 % azalaraq 157 min nəfər olub.

Azərbaycana gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2 %-i hava, 28,4 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

2026-ci ilin yanvar-fevral aylarıda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə illik müqayisədə 0,8 % artaraq 298,7 min nəfər olub.

Vətəndaşların 37,4 %-i Türkiyəyə (+2,1 %), 15,2 %-i Rusiyaya (-2,8 %), 12,5 %-i İrana (+17,7 %), 9,9 %-i Gürcüstana (-12,2 %), 25 %-i isə digər ölkələrə (-0,1 %) gedib. Gedənlərin 66,7 %-ini kişilər, 33,3 %-ini qadınlar təşkil edib.

2 ayda xaricə gedən Azərbaycan vətəndaşlarının 68 %-i hava, 30,4 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Next

Azərbaycan-Türkiyə turizm əməkdaşlığı üzrə yeni Protokol imzalanıb

Copyright 2026— Praqraf.com. All rights reserved