Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 3
  • Azərbaycan-Türkiyə turizm əməkdaşlığı üzrə yeni Protokol imzalanıb

Azərbaycan-Türkiyə turizm əməkdaşlığı üzrə yeni Protokol imzalanıb

admin 03 Aprel 2026 4 minutes read
qkNowSlPk9Tev2WTFUC0CXNonuYVDz57d51lzxjj_1200
PAYLAŞIN:

Azərbaycan Dövlət Turizm Agentliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.

Paraqraf.com bu barədə Agentliyə istinadən xəbər verir.

Bildirilib ki, aprelin 2-də Antalya şəhərində Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 5-ci iclası keçirilib. İclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, regional turizm və mədəni irsin idarə olunması, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, həmçinin 2026-cı il üçün birgə Fəaliyyət Proqramının hazırlanması mövzularına toxunulub.

İclas Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun həmsədrliyi ilə keçirilib və tədbirdə turizm sənayesi üzrə ixtisaslaşmış qurumların nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində 2025-ci il üzrə Birgə Fəaliyyət Planının icrası qiymətləndirilib, 2026-cı il üçün yeni Birgə Fəaliyyət Planı üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.

Həmçinin BMT Turizm Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Lahıc üçün BMT Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” nominasiyası üzrə müraciəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Xüsusilə Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən turizm paytaxtı elan edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bununla yanaşı, DTA sədri Fuad Nağıyevin adından Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya Şuşada keçiriləcək Turizm Nazirlərinin 7-ci görüşündə və Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasında iştiraka dair dəvət çatdırılıb.

İclas çərçivəsində COP31 ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub, Azərbaycanın 2024-cü ilin noyabr ayında uğurla ev sahibliyi etdiyi COP29 tədbiri xüsusi vurğulanıb. Qeyd edilib ki, COP tarixində ilk dəfə olaraq turizm mövzusu tematik gündəliyə daxil edilib və bu sahədə Azərbaycan təcrübəsinin Türkiyə tərəfi ilə paylaşılması barədə razılıq əldə olunub.

Bununla yanaşı, İstanbulda fəaliyyətə başlayan Azərbaycan Turizm Bürosunun nümayəndəlik ofisinin iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, sənaye nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi və B2B formatlı görüşlərin təşkili baxımından rolu qeyd olunub.

Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Hotel Assosiasiyası (AHA), həmçinin Türkiyə tərəfdən Türkiyə Hotel Assosiasiyası (TÜROB) və Türkiyə Səyahət Agentliklər Birliyi (TÜRSAB) nümayəndələri iştirak ediblər.

 

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycandan xaricə gedən vətəndaşların sayı cüzi artıb
Next: Sumqayıtda mübahisə iki nəfəri xəstəxanalıq edib

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.