Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ruslan Atakişiyev: “Onlayn kreditlər rahatdır, amma yüksək faiz riski dəyişməz qalır”
MANŞETÖZƏL

Ruslan Atakişiyev: “Onlayn kreditlər rahatdır, amma yüksək faiz riski dəyişməz qalır”

18 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Rəqəmsal maliyyə xidmətlərinin sürətli inkişafı kredit əldə etmə üsullarını xeyli sadələşdirib. Bu gün onlayn kredit tətbiqləri vasitəsilə bir neçə dəqiqə ərzində borc götürmək mümkündür və bu, xüsusilə təcili pul ehtiyacı olanlar üçün cəlbedici görünür. Lakin bu rahatlığın fonunda daha az diqqət çəkən bir məqam var: bank olmayan kredit təşkilatlarının tətbiq etdiyi yüksək faiz dərəcələri. Bu qurumlar adətən daha çevik və əlçatan olsa da, onların kredit şərtləri, xüsusilə faiz yükü, bəzən istifadəçilər üçün ağır maliyyə öhdəliklərinə çevrilə bilər. Nəticədə, sürətli və asan kredit imkanı qısa müddətdə borc yükünün artmasına və maliyyə çətinliklərinə səbəb ola bilər.

Bəs onlayn kredit tətbiqləri həqiqətən rahatlıq təmin edir, yoxsa insanları yüksək faizli borc tələsinə sürükləyir?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “Paraqraf.com”a bildirib ki, Azərbaycanda maliyyə sisteminin rəqəmsallaşması əsas strateji bir xəttdir:


“Rəqəmsallaşma həyatın bütün mərhələlərinə və sahələrinə daxil olub. Müasir dövrdə şöbəsiz banklar rəqəmsallaşır. Türkiyə və digər ölkələrdə bir neçə bank artıq şöbəsi yoxdur. Onlar artıq onlayn olaraq fəaliyyət göstərirlər. Rəqəmsallaşmanın olması faiz dərəcəsinin yüksəklikliyi ilə əlaqəli deyil”.

O qeyd edib ki, mikro-maliyyə təşkilatlarında faiz dərəcələri yüksək olur:

“Onların maliyyə ehtiyyatı zəifdir. Rəqəmsallaşmada sadəcə əlçatanlıq artır. Bunları Mərkəzi Bank tənzimləyir. Rəqəmsallaşma nə qədər geniş imkan versə də, bunun yanında Mərkəzi Bankın təlimatları var ki, müştərilərə vəsait verən zaman təhlilər aparılmalıdır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əli Mustafa: “Yaxın Şərqdə alovlanan qarşıdurma qlobal savaşa çevrilə bilər”

Next

Razi Abbasbəyli: “20%-dən yuxarı kredit faizləri Azərbaycanda biznesin qarşısını kəsir”

Copyright 2026— Praqraf.com. All rights reserved