Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 18
  • Əli Mustafa: “Yaxın Şərqdə alovlanan qarşıdurma qlobal savaşa çevrilə bilər”

Əli Mustafa: “Yaxın Şərqdə alovlanan qarşıdurma qlobal savaşa çevrilə bilər”

admin 18 Mart 2026 5 minutes read
8aceab5f-6005-4f9d-a3bb-dc4d882d0199
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Trampın fevralın 27-də Cenevrə şəhərində İranla aparılan danışıqlardan narazılığını ifadə etməsi Yaxın Şərqdə gərginliyin sürətlə artacağına dair ciddi siqnallar verdi.

Bu açıqlamadan dərhal sonra bir sıra ölkələrin öz vətəndaşlarına İranı təcili tərk etmələri ilə bağlı çağırışlar etməsi isə bölgədə mümkün hərbi eskalasiya ehtimallarını daha da gücləndirdi. “Böyük Qəzəb” əməliyyatı adlandırılan prosesin azı dörd gün davam edəcəyi ilə bağlı iddialar fonunda İranın cavabı gecikmədi.

Tehran administrasiyası ABŞ və İsrailə qarşı genişmiqyaslı əks-həmlələrə başlayaraq regiondakı Amerika hərbi mövcudluğunu hədəfə aldı. Hücumların coğrafiyasının Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn kimi ölkələrdə yerləşən ABŞ hərbi bazalarını, eləcə də İordaniya və Səudiyyə Ərəbistanı üzərindən keçən hava məkanını əhatə etməsi qarşıdurmanın miqyasını daha da genişləndirdi.

Bundan əlavə, gərginliyin Azərbaycan və Türkiyə sərhədlərinə yaxın ərazilərə, hətta Kipr istiqamətindəki strateji nöqtələrə qədər uzanması hadisələrin artıq lokal xarakter daşımadığını göstərir.

İlkin mərhələdə Körfəz Ərəb dövlətləri ABŞ-nin İranla birbaşa müharibəyə girməsinə isti yanaşmasalar da, son hadisələr fonunda mövqelərdə dəyişiklik müşahidə olunur.

“Reuters” agentliyinin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, artıq bəzi Körfəz dövlətləri Vaşinqtonu daha sərt addımlar atmağa və İranın regiondakı təsir imkanlarını məhdudlaşdırmağa çağırır. Eyni zamanda, məlumatlara əsasən, ABŞ də öz növbəsində Körfəz ölkələrinə İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulmaları üçün təzyiqləri artırır.

Belə bir mürəkkəb və sürətlə dəyişən geosiyasi şəraitdə mümkün genişmiqyaslı müharibəyə hansı ölkələr qoşula bilər?

Politoloq Əli Mustafa “Paraqraf.com”a bildirib ki, Amerika və İsrailin İrana hücumu bölgədə vəziyyəti kifayət qədər gərginləşdirib:

“Körfəz ölkələri, eyni zamanda son günlər Əfqanıstan-Pakistan arasındakə gərginlik, İranın Türkiyə və Azərbaycana İrandan atılan raket və dronlar və sairə -bütün bunlar onu deməyə əsas verir ki, münaqişə regional münaqişə deyil. Hətta bu böyük qlobal bir savaşdır. Yeni dünya düzəninin qurulmasına xidmət edən bir savaşdır.

Trampın niyyəti qısa bir müddətdə İranda müəyyən dəyişikliklər etmək idi. Amma sonra İranın reaksiyası və əks-hücumları onu deməyə əsas verir ki, İran və İranın arxasında olan qüvvələr də sanki bu savaşa hazırlıqlı idilər. İndi isə Amerikanın, İsrailin İrandan belə çıxıb getməsi asan görünmür. Hər halda savaşın böyümə ehtimalı var”.

O əlavə edib ki, qonşu ölkələrə də hansısa hücumlar olarsa, raket-dron atışları həyata keçirilərsə, savaş böyüyə bilər:

“Son günlər İraqda bir ciddi narahatlıq yaranır. İraqda da İranın çox ciddi qüvvələri var. Livan müharibəyə qatılarsa, savaşın dairəsi genişlənə bilər.

Eyni zamanda, indi ABŞ müttəfiqlərə və körfəz ölkələrinə çağırış edib. Onlar hələlik İranın zərbələrinə tuş gəlməmək üçün müsbət cavab vermirlər, amma hiss eləsələr ki, İran zəifləyir və o halda ABŞ-nin müttəfiqlərinin də prosesə qatılması ehtimalı yaranır. Yəni bütün hallarda çox ciddi bir geostrateji savaş gedir. Bunun dayanması, zəifləməsi üçün cəhdlər və təşəbbüslər yoxdur. Nə savaşı aparan tərəflər, nə də digər dünya dövlətləri, BMT də daxil olmaqla bu savaşın dayanması üçün ciddi səylər göstərmirlər.

Əksinə qonşu ölkələrin də bu və ya digər formada savaşa qoşulmaq ehtimalı var. Amma bu prosesdən asılı olacaqdır”.

Politoloqun sözlərinə görə, Türkiyə və bəzi dövlətlər bu savaşın genişlənməsini istəmir:

“İndi onu dəstəkləyən güclər ağırlıq təşkil eləyəcəksə, savaş genişlənməyə bilər. Bu proseslərdən və bölgə dövlətlərinin reaksiyalarından asılı olacaqdır”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp: ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur
Next: Ruslan Atakişiyev: “Onlayn kreditlər rahatdır, amma yüksək faiz riski dəyişməz qalır”

OXŞAR MÖVZULAR

rlKQclanGPP0BPCoeHyOLLmZSsz7RKmRPChNRO3A_1200

Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

admin 03 May 2026
UfpAKxSf4ktD1YH6ozalCqjSfVmIzUdbVfi4huFH_1200

“Bakı Marafonu 2026″nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib

admin 03 May 2026
V1gBmZpnVvOCC8KcF3gNI9jNKFLL3k0iRBobTJLG_1200

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

admin 03 May 2026

XƏBƏR LENTİ

İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq qxB7X5raG1UqpTZCs2UQisMRhAFloACeHzeFXEkV_1200

İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq

03 May 2026
Polşanın şimal-şərqində NATO-nun “Amber Shock” təlimləri keçirilir i0nbVCKztRVRWBH3d4JQHMnWArCQwxBRwRnIzU7x_1200

Polşanın şimal-şərqində NATO-nun “Amber Shock” təlimləri keçirilir

03 May 2026
Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb mBWat6ufJU3CJvUpaEnS9MokbCgOBdzZ2R37kSIa_1200

Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

03 May 2026
INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır mMqSvSnZU9ipIZs5UuxHJHFhAl8nCsTW3TMooWba_1200

INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır

03 May 2026
Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb L3ZsWdlqnk1JTjLqjJXsN0A0o87FE0QnLNbeYJYc_1200

Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb

03 May 2026
Kanadanın Baş naziri Paşinyana seçkilərdə dəstək vəd edib ldQuKY6WtCc006glElP8twgJVLGo1Fp3Bosbhk7I_1200

Kanadanın Baş naziri Paşinyana seçkilərdə dəstək vəd edib

03 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.