Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 17
  • Məktəblərdə şagird azalır: ixtisar dalğası qaçılmazdır?

Məktəblərdə şagird azalır: ixtisar dalğası qaçılmazdır?

admin 17 Mart 2026 5 minutes read
WhatsApp Image 2026-03-17 at 15.36.23
PAYLAŞIN:

Ötən il Azərbaycanda 96 062 uşağın doğumu qeydə alınıb.

Uşaqlardan 45 024-ü qız, 51 038-i isə oğlandır. Qeyd edək ki, 2024-cü ildə ölkədə 102 961 uşaq doğulub. Uşaq doğumunda müşahidə olunan bu azalma müxtəlif sahələrdə problemlərə gətirib çıxara bilər.

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin iclasında bildirib ki, 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb.

O qeyd edib ki, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5–1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam edərsə, bir neçə ildən sonra məktəblərdə oxuyanların sayı təxminən 1 milyon olacaq. Bu isə 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır.

2015-ci ildə ölkədə ümumtəhsil məktəblərində 150 minə yaxın müəllim çalışırdısa, bu göstərici son illərdə 130 minin altına enib. Belə ki, 2022/2023-cü ildə qadın müəllimlərin sayı 124 293 nəfər idisə, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə qədər artıb, lakin 2024/2025-ci ildə 120 633 nəfərə düşüb.

Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə enib. Beləliklə, son üç tədris ili ərzində həm qadın, həm də kişi müəllimlərin sayında azalma müşahidə olunur.

Bəs uşaq sayının azalması ilə bağlı təhsildə yaranacaq problemlərin qarşısını necə almaq olar?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”-a bildirib ki, demoqrafik göstəricilərdə müşahidə olunan bu kəskin azalma sadəcə statistik rəqəm deyil:

Əmrah Həsənli: Müəllim bütün peşələrin gözüdür - Paraqraf.com

“Yaxın gələcəkdə təhsil sistemimizin strukturunu kökündən dəyişdirəcək ciddi bir siqnaldır. Doğum sayının ildən-ilə azalması zəncirvari reaksiya yaradaraq əvvəlcə məktəbəqədər təhsilə, ardınca isə ümumi təhsil müəssisələrinə birbaşa təsir göstərir. Şagird sayının azalması təbii olaraq sinif komplektlərinin birləşdirilməsinə və ya ləğvinə səbəb olur ki, bu da parlamentdə səsləndirilən müəllim ixtisarı riskini kifayət qədər real edir.

Lakin bu vəziyyəti təkcə böhran kimi deyil, həm də təhsilin keyfiyyətini artırmaq üçün bir fürsət kimi dəyərləndirmək mümkündür.

Bu problemin qarşısını almaq üçün ilk növbədə təhsilin idarə olunmasında kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçidi sürətləndirməliyik. Şagird sayının azalması bizə imkan verir ki, illərdir arzuladığımız “kiçik qruplarla tədris” modelinə keçək. Əgər əvvəllər bir sinifdə 30–35 şagirdlə dərs keçmək məcburi idisə, indi bu sayı 15–20 nəfərə endirməklə fərdi yanaşmanı ön plana çıxarmaq olar. Bu yanaşma müəllimlərin iş yükünün saxlanılmasına və ixtisarların minimuma endirilməsinə xidmət edə bilər.

Eyni zamanda, müəllim heyətinin optimallaşdırılması prosesində sadəcə sayın azaldılması deyil, peşəkar inkişaf və sertifikatlaşdırma nəticələrinin əsas götürülməsi, yüksək ixtisaslı kadrların sistemdə qalmasının təmin edilməsi strateji əhəmiyyət kəsb edir”.

Ekspert əlavə edib ki, kənd və regionlardakı azkomplektli məktəblərin gələcəyi ilə bağlı yeni yanaşmalar ortaya qoyulmalıdır:

“Şagird çatışmazlığı səbəbindən bağlanan məktəblərin əvəzinə daha müasir, mərkəzləşdirilmiş regional məktəb modelləri tətbiq edilməli, müəllimlərin yerdəyişməsi prosesi sosial təminat paketləri ilə dəstəklənməlidir. Kişi müəllimlərin sayındakı azalma isə ayrıca bir tədqiqat mövzusudur və təhsil işçilərinin nüfuzunun artırılması, əməkhaqqı islahatlarının davamlılığı bu balansı bərpa etmək üçün vacibdir.

Biz bu demoqrafik daralmanı təhsil infrastrukturunu modernləşdirmək, rəqəmsal resurslardan daha effektiv istifadə etmək və təhsilin məzmununu fərdiləşdirmək üçün bir keçid dövrü kimi idarə etməliyik”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 15 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bab əl-Məndəb riski: dünya bazarlarını bahalaşma dalğası gözləyir
Next: Minimum əməkhaqqı: sosial təminat, yoxsa formal rəqəm?

OXŞAR MÖVZULAR

bGmj48Xbl5O1oCoD0EJNktGmcdjDLLHj17bbpK9S_1200

Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilib

admin 03 May 2026
rlKQclanGPP0BPCoeHyOLLmZSsz7RKmRPChNRO3A_1200

Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

admin 03 May 2026
UfpAKxSf4ktD1YH6ozalCqjSfVmIzUdbVfi4huFH_1200

“Bakı Marafonu 2026″nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib

admin 03 May 2026

XƏBƏR LENTİ

İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq qxB7X5raG1UqpTZCs2UQisMRhAFloACeHzeFXEkV_1200

İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq

03 May 2026
Polşanın şimal-şərqində NATO-nun “Amber Shock” təlimləri keçirilir i0nbVCKztRVRWBH3d4JQHMnWArCQwxBRwRnIzU7x_1200

Polşanın şimal-şərqində NATO-nun “Amber Shock” təlimləri keçirilir

03 May 2026
Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb mBWat6ufJU3CJvUpaEnS9MokbCgOBdzZ2R37kSIa_1200

Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

03 May 2026
INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır mMqSvSnZU9ipIZs5UuxHJHFhAl8nCsTW3TMooWba_1200

INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır

03 May 2026
Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb L3ZsWdlqnk1JTjLqjJXsN0A0o87FE0QnLNbeYJYc_1200

Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb

03 May 2026
Kanadanın Baş naziri Paşinyana seçkilərdə dəstək vəd edib ldQuKY6WtCc006glElP8twgJVLGo1Fp3Bosbhk7I_1200

Kanadanın Baş naziri Paşinyana seçkilərdə dəstək vəd edib

03 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.