Skip to content
04 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 17
  • Bab əl-Məndəb riski: dünya bazarlarını bahalaşma dalğası gözləyir

Bab əl-Məndəb riski: dünya bazarlarını bahalaşma dalğası gözləyir

admin 17 Mart 2026 4 minutes read
WhatsApp Image 2026-03-17 at 16.09.37
PAYLAŞIN:

Yaxın Şərqdə gərginliyin artması fonunda beynəlxalq ticarət yollarının təhlükəsizliyi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə enerji daşımalarının böyük hissəsinin keçdiyi strateji boğazlar qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır. Son aylarda həm Hörmüz boğazı ətrafında baş verən hadisələr, həm də Qırmızı dənizdə husilərin gəmilərə qarşı hücumları beynəlxalq nəqliyyat marşrutlarının sabitliyi ilə bağlı ciddi suallar doğurur.

Bəzi analitiklər hesab edir ki, əgər regiondakı gərginlik daha da artarsa, husilər də Qırmızı dənizdə nəqliyyatın əsas keçid nöqtələrindən biri olan Bab əl‑Məndəb boğazı üzərində təzyiqi artırmağa cəhd edə bilərlər. Bu isə dünya ticarətinin mühüm hissəsinin keçdiyi marşrutlara ciddi təsir göstərə bilər.

Maraqlıdır, əgər husilər bu strateji boğazı bağlamağa cəhd etsələr, bu addım qlobal ticarətə və regiondakı siyasi balanslara necə təsir edə bilər?

Politoloq Züriyyə Qarayeva “Paraqraf.com”a bildirib ki, əgər husilər Bab əl-Məndəb boğazında nəqliyyatın hərəkətini ciddi şəkildə məhdudlaşdırmağa və ya faktiki olaraq bloklamağa cəhd etsələr, bu addım ilk növbədə qlobal ticarət zəncirinə ciddi zərbə vura bilər:

“Çünki Bab əl-Məndəb boğazı Qırmızı dəniz vasitəsilə Süveyş kanalı ilə birləşən əsas marşrutdur və Avropa ilə Asiya arasındakı ticarətin böyük hissəsi məhz bu xətt üzərindən həyata keçirilir. Bu marşrutun təhlükə altına düşməsi yük gəmilərinin Afrika ətrafından – Ümid burnu marşrutu ilə hərəkət etməsinə səbəb ola bilər ki, bu da daşınma müddətini və xərcləri əhəmiyyətli dərəcədə artırar.

Nəticədə qlobal logistika sistemində gecikmələr yaranar, enerji və digər strateji məhsulların qiymətində artım müşahidə oluna bilər və bu da dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirə bilər.

Digər tərəfdən, belə bir addım regiondakı siyasi və hərbi balanslara da ciddi təsir göstərə bilər”.

O qeyd edib ki, Bab əl-Məndəb boğazı yalnız ticarət baxımından deyil:

“Həmçinin geosiyasi baxımdan böyük əhəmiyyət daşıdığı üçün bu marşrutun bağlanması ABŞ, Avropa ölkələri və regiondakı bir sıra dövlətlərin hərbi reaksiyasına səbəb ola bilər. Bu halda, Qırmızı dənizdə beynəlxalq hərbi iştirakın artması, yeni təhlükəsizlik koalisiyalarının formalaşması və Yəmən ətrafında qarşıdurmanın daha geniş miqyas alması ehtimalı yüksələr. Beləliklə, husilərin belə bir addımı təkcə yerli hərbi taktika deyil, həm də Yaxın Şərqdə və qlobal səviyyədə güc balansını dəyişdirə biləcək strateji faktor kimi qiymətləndirilə bilər”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Next: Məktəblərdə şagird azalır: ixtisar dalğası qaçılmazdır?

OXŞAR MÖVZULAR

df0dce8b-2f0f-304b-9ae0-5913fee47eef_1200

Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib

admin 03 May 2026
IMG_6425

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqon gübrə göndərilib

admin 03 May 2026
xinn

Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib

admin 03 May 2026

XƏBƏR LENTİ

İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq qxB7X5raG1UqpTZCs2UQisMRhAFloACeHzeFXEkV_1200

İsrail ABŞ-dən F-35 və F-15IA qırıcıları alacaq

03 May 2026
Polşanın şimal-şərqində NATO-nun “Amber Shock” təlimləri keçirilir i0nbVCKztRVRWBH3d4JQHMnWArCQwxBRwRnIzU7x_1200

Polşanın şimal-şərqində NATO-nun “Amber Shock” təlimləri keçirilir

03 May 2026
Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb mBWat6ufJU3CJvUpaEnS9MokbCgOBdzZ2R37kSIa_1200

Ermənistan və Bolqarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

03 May 2026
INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır mMqSvSnZU9ipIZs5UuxHJHFhAl8nCsTW3TMooWba_1200

INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır

03 May 2026
Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb L3ZsWdlqnk1JTjLqjJXsN0A0o87FE0QnLNbeYJYc_1200

Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb

03 May 2026
Kanadanın Baş naziri Paşinyana seçkilərdə dəstək vəd edib ldQuKY6WtCc006glElP8twgJVLGo1Fp3Bosbhk7I_1200

Kanadanın Baş naziri Paşinyana seçkilərdə dəstək vəd edib

03 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.