PAYLAŞIN:

Misli Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Paraqraf.com xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək.

Qərb derbisi saat 15:00-da başlayacaq.

Ardınca isə “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olacaq. Matç Qəbələ şəhər stadionunda, saat 18:00-da başlayacaq.

Avrokuboklara iddialı “Turan Tovuz” 44 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 31 xalı olan “Neftçi” yeddinci, 17 xala malik “Kəpəz” isə onuncudur. Gəncə təmsilçisindən 1 xal az toplayan “Qəbələ” isə 11-ci yerdədir.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

15 mart

15:00. “Kəpəz”“Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Yevlax şəhər stadionu

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.

VAR: Kamal Umudlu.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (2:1), “Şamaxı” “Sumqayıt”ı (1:0), “Sabah” “İmişli”ni (5:0), “Qarabağ” “Zirə”ni (3:1) məğlub edib.

 

Paraqraf.com 

Loading