Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb
MANŞET

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb

13 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayan bəyanat yayıb.

Paraqraf.com-un məlumatına görə, İcmanın bəyanatında bildirilir ki, Avropa Parlamentinin bir qrup üzvü Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa Azərbaycana qarşı böhtan və nifrət ruhunda məktub ünvanlayıb.

Bəyanatda vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması, hətta ticarət əlaqələrinə başlanması, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri fonunda avropalı parlamentarilər bu yanaşma ilə Ermənistanda və ondan kənarda revanşist dairələrin dəyirmanına su tökürlər.

“Bu xüsusda, qondarma rejimin tör-töküntülərinə “France 24” kanalında efir verilməsi də çoxsaylı suallar doğurur. Bölgədə sülhün bərqərar olması Avropada hələ də Azərbaycana qarşı “köhnə bayatılar”dan əl çəkməyən bəzilərini, görəsən, niyə bu qədər narahat edir?!

Qarabağdan könüllü getmiş ermənilərin qayıdışından dəm vuran avropalı parlamentarilərin biz qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu danmasını, insan haqları, humanitar problemlərə etnik və dini təəssübkeşlik prizmasından baxmasını şiddətlə qınayırıq”, – deyə bəyanatda qeyd olunub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ötən il Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb

Next

Tərtərdə doğuşdan sonra qadının ölümünün ilkin səbəbləri açıqlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved