27 Okt 2026, Ça

Ötən il Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb

PAYLAŞIN:

Ötən il “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 225 nöqtədə 853 videomüşahidə kamerası quraşdırılıb.

Paraqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, ötən il işğaldan azad olunmuş ərazilərdə 19 nöqtədə 70 videomüşahidə kamerası quraşdırılıb.

Hazırda ölkə üzrə ümumilikdə 5,7 min nöqtədə 18,2 min videomüşahidə kamerası (Bakı şəhərində 3,6 min nöqtədə 11,8 min kamera) istismar olunur.

 

Paraqraf.com 

Loading