Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İsrail ordusu “Hizbullah”ın maliyyə strukturu obyektlərinə zərbələr endirib
DÜNYA

İsrail ordusu “Hizbullah”ın maliyyə strukturu obyektlərinə zərbələr endirib

10 Mart 2026 1 Min Read
PAYLAŞIN:

İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah” təşkilatı ilə əlaqəli “Əl-Qərd əl-Həsən” maliyyə strukturunun obyektlərinə zərbələr endirib.

Paraqraf.com ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail hərbçiləri təşkilatın obyektlərinə növbəti silsilə hücumları başa çatdırıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, ötən həftə ərzində “Əl-Qərd əl-Həsən”in təxminən 30 obyekti zərbələrə məruz qalıb.

“Hərbi kəşfiyyatın rəhbərliyi altında HHQ-nin qırıcı təyyarələri ötən gün “Hizbullah”ın fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan “Əl-Qərd əl-Həsən” təşkilatının aktivlərinə və pul vəsaitlərinin saxlanc yerlərinə növbəti zərbə dalğasını başa çatdırıb”, – bəyanatda deyilir.

Qeyd olunub ki, bu vəsaitlər silah alışına, istehsal vasitələrinə, həmçinin döyüşçülərə radikal fəaliyyətdə iştiraka görə əməkhaqqı ödənişlərinə yönləndirilirdi.

İsrail ordusunda vurğulayıblar ki, Livan sakinləri uzun illərdir, iqtisadi və humanitar böhran şəraitində yaşayır, “Hizbullah” isə bu vəziyyətdən istifadə edir. Hərbçilərin məlumatına görə, təşkilat əhalinin vəziyyətini daha da ağırlaşdırır və böhrandan vətəndaşların asılılığını artırmaq, öz hərbi nüfuzunu genişləndirmək üçün istifadə edir.

“Hizbullah”ın iqtisadi fəaliyyəti, eləcə də “Əl-Qərd əl-Həsən” assosiasiyasının filiallarının fəaliyyəti İsrail vətəndaşları üçün təhlükə yaradır”, – bəyanatda qeyd olunur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yanvarda Bakıda ticarət dövriyyəsi 4 %-dən çox artıb

Next

Bakıda ödənişli xidmətlərin ümumi dəyəri 10 %-ə yaxın artıb

Copyright 2026— Praqraf.com. All rights reserved