Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İrəvan-Bakı münasibətlərində ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi prioritet olaraq qalır
SİYASƏT

İrəvan-Bakı münasibətlərində ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi prioritet olaraq qalır

05 Mart 2026 1 Min Read
PAYLAŞIN:

İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyiş fonunda ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi hər iki ölkənin hökumətləri üçün əsas vəzifələrdən biri olaraq qalır.

Paraqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan “Armenpress”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazın iki ölkəsi arasındakı çoxillik münaqişə həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti üçün hələ də son dərəcə həssas olaraq qalır.

Bununla belə, o vurğulayıb ki, ikitərəfli münasibətlərdə artıq mühüm irəliləyiş əldə olunub, xüsusilə də 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton sammitinin uğurlu nəticələrini qeyd edib.

A.Arutunyan hesab edir ki, iqtisadi marşrutların açılması tədricən həyata keçirilir, infrastruktur inkişaf edir və logistik zəncirlər sadələşir:

“Müxtəlif ölkələrin məhsulları artıq Azərbaycan ərazisindən keçməklə daha qısa marşrutlarla Ermənistana daxil olur. Mən həmçinin əminəm ki, tezliklə əks istiqamətdə də tədarüklər yoluna qoyulacaq. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilir, ölkə rəhbərlikləri fəal ünsiyyət saxlayır. Bu onu göstərir ki, biz uzun bir yol qət etmişik və nizamlanma çox sürətlə irəliləyir. Bu çox vacibdir və müstəsna haldır, çünki təxminən 40 illik tarixi olan münaqişələr adətən daha yavaş nizamlanır, lakin bunu bizimlə bağlı söyləyə bilmərik”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

SEPAH: İran Fars körfəzində ABŞ tankerini vurub

Next

Naxçıvanda yaşayış evinə dron düşdü – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved