PAYLAŞIN:

Futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.

Paraqraf.com Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, turun ilk matçında lider “Neftçi” İK “Şuşa” komandasını sınağa çəkib.

Görüş “ağ-qaralar”ın 14:0 hesablı qələbəsi ilə başa çatıb.

“Araz-Naxçıvan”“Lənkəran” oyunu isə ikincilər matça gəlmədiyi üçün baş tutmayıb. Bu görüşün nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi tərəfindən müvafiq qərar veriləcək.

Günün son qarşılaşmasında “Baku Fire” 8:6 hesabı ilə U-19 millisini məğlub edib.

 

Paraqraf.com 

Loading