PAYLAŞIN:

Stolüstü tennis üzrə Azərbaycan çempionatında ilk mükafatçılar müəyyənləşib.

Paraqraf.com-un məlumatına görə, komanda yarışlarında medalçılar bəlli olub.

Kişilərin mübarizəsində “Bakı-1” kollektivi birinci yeri tutub. “Bakı-2” ikinci, “Bakı-3”“Şabran” üçüncü yerdə qərarlaşıb.

Qadınların yarışında “Sumqayıt-1” qalib gəlib. “Bakı-1” komandası ikinci yeri tutub. “Bakı-2”“Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.

Növbəti günlərdə şəxsi, qoşa və qarışıq qoşa növlər üzrə mükafatçılar müəyyənləşəcək. Azərbaycan çempionatı martın 6-da başa çatacaq.

 

Paraqraf.com 

Loading