Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
DÜNYA

İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib

04 Mart 2026 1 Min Read
PAYLAŞIN:

İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hatay vilayətinin Dördyol rayonunda yerə düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı itki və ya xəsarət qeydə alınmayıb”, – məlumatda bildirilib.

Həmçinin, əlavə olunub ki, vətəndaşların təhlükəsizliyini təmin etmək istiqamətində Türkiyənin iradəsi və imkanları ən yüksək səviyyədədir:

“Türkiyə regional sabitlik və sülhün tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsinə yönəlik bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaqdır. Ölkəmizə qarşı yönəlmiş hər cür düşmən mövqeyə cavab vermək hüququmuzun qorunduğunu xatırladırıq. Bütün tərəfləri münaqişələrin bölgədə daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik”.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 1045 nəfər ölüb

Next

AEBA: İranın nüvə obyektlərində zədələnmə əlamətləri aşkar edilməyib

Copyright 2026— Praqraf.com. All rights reserved