Skip to content
04 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 3
  • Ölkədaxili sifarişli daşımalara görə tələb olunan sənədlərin siyahısının genişləndirilməsi qəbul edilib

Ölkədaxili sifarişli daşımalara görə tələb olunan sənədlərin siyahısının genişləndirilməsi qəbul edilib

Həsən 03 Mart 2026
4Ln9FQ9HVQBRCjCnfJ99cAqn0nJEDR7p3j8JMuPa_1200
PAYLAŞIN:

Parlament avtomobillə ölkədaxili sifarişli sərnişin və yük daşımalarına icazənin alınması üçün sürücülərdən tələb olunacaq sənədlərin siyahısının genişləndirilməsini qəbul edib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında son oxunuşda müzakirə olunub.

Bildirilib ki, sürücünün narkotik sərxoşluq vəziyyətinin, vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat olmalıdır.

Sənəddə vurğulanıb ki, sürücülərin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri təqdim edilməlidir.

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər də tələb olunur. Qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası da yoxlanılır.

Qanun layihəsində qeyd edilib ki, görülən işlərin davamı olaraq avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar (buraya taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla, qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir) sahəsində, xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranıb. Bir tərəfdən qeyri-müntəzəm sərnişin daşımalarına tələbatın artması, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir.

Vurğulanıb ki, hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər (sənədlər) digər daşıma növləri ilə (o cümlədən taksi fəaliyyəti ilə məşğul olma) müqayisədə çox məhduddur və daha az sayda sənədlər tələb olunur. Tələb olunan sənədlər isə əsasən məlumat xarakterli sənədlərdir (buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar, VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları müəyyən edən sənədlər). Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin (sənədlərin) müəyyən edilməsini nəzərdə tutur, hansı ki, bu tələblər sürücünün peşəkarlığının (xüsusi hazırlıq keçməsinin), sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, bu tələblər hazırda taksi ilə sərnişin daşımalarına və müntəzəm şəhərdaxili, şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına icazə verilməsi zamanı mövcuddur.

Bildirilib ki, son dövr ərzində sifarişli daşıma həyata keçirən nəqliyyat vasitələrinin böyük hissəsi buraxılış kartı ilə təmin edilib. Belə ki, ölkədaxili qeyri-müntəzəm sərnişin daşımaları üzrə 3 764 buraxılış vəsiqəsi, 6 322 nəqliyyat vasitəsinə buraxılış kartı verilib. Ölkədaxili yük daşımaları üzrə isə 14 120 buraxılış vəsiqəsi, 43 135 buraxılış kartı verilib. Buraxılış kartı verilmiş nəqliyyat vasitələrinin istismar yaşı yüksək olaraq qalır. Buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün vətəndaşlar tərəfindən “AYNA” İnformasiya sistemində yaradılmış “E-daşıyıcı” altsistemi vasitəsilə müraciət olunur və elektron formada müvafiq icazə əldə olunur.

Qanuna layihəsinə əsasən, sifarişli daşımalarda (xüsusən də sərnişin daşımalarında) istifadə olunan nəqliyyat vasitələrinin orta yaşının 17,6 il olduğu nəzərə aldıqda, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi ilə həmin nəqliyyat vasitələrinin daşıma üçün təhlükəzliyinə tam şəkildə nəzarət etmək mümkün deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ən çoxu 5 sərnişin daşınan taksi minik avtomobillərinə dair texniki, daxili və xarici tərtibatla bağlı tələblər olduğu halda 10-dan çox sərnişin daşıyan sifarişli sərnişin daşımalarında bu tələblərin olmaması daha ciddi təhlükələrə yol aça bilir.

Eyni zamanda, qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:

– avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

– avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.

Bildirilib ki, bu tələblər bu Qanunda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının vəzifəsi kimi müəyyən olunmuş, həmçinin həmin sığortaların icbariliyi “İcbari sığortalar haqqında” və İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda təsbit edilib və qeyd olunan sığortalar həmin fəaliyyətlərin həyata keçirilməsi zamanı hazırda da mövcud olmalıdır. Bu tələblərin əvvəlcədən, yəni icazə verilərkən mövcudluğunun təmin edilməsi isə bu normaların daha işlək olmasına, son nəticədə həmin tələblərə gündəlik fəaliyyətdə əməletmə səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

Diqqətə çatdırılıb ki, qanun layihəsində təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır.

Dəyişikliklər çərçivəsində həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir.

Qeyd edilib ki, qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

 

Paraqraf.com 

Loading

About The Author

Həsən

See author's posts

Post navigation

Previous: Rusiya Ukraynaya zərbələr endirib, ölən və yaralananlar var
Next: Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı ilə bağlı cərimələr son oxunuşda qəbul edilib

OXŞAR MÖVZULAR

DCnTNMWiWZZ32dGqixWPgI358QXwms7PqHKLwkae_1200

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Həsən 03 İyun 2026
Screenshot

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsinin anonsunu verdi – VİDEO

Həsən 03 İyun 2026
SR7MpSrqj955schM5RU9pMtuEqA36WilCiCoWase_1200

MKA Azərbaycanda qanunsuz onlayn mərc oyunlarının qarşısını almaq üçün tədbirlər görəcək

Həsən 02 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026

BÜTÜN YAZILAR

60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

Həsən 03 İyun 2026
xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

Həsən 03 İyun 2026
NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Həsən 03 İyun 2026
fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Həsən 03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.