Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı ilə bağlı cərimələr son oxunuşda qəbul edilib
CƏMİYYƏT

Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı ilə bağlı cərimələr son oxunuşda qəbul edilib

03 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclis elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılması ilə əlaqədar cərimələri qəbul edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Sənəddə vurğulanıb ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.

Bundan əlavə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.

Qanunun qüvvəyə minməsi aprelin 1-dən nəzərdə tutulur.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ölkədaxili sifarişli daşımalara görə tələb olunan sənədlərin siyahısının genişləndirilməsi qəbul edilib

Next

MM qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə olunmasını qəbul edib

Copyright 2026— Praqraf.com. All rights reserved