Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Qarabağ” – “Sabah” matçında son 8 mövsümün tamaşaçı rekordu qırılıb
İDMAN

“Qarabağ” – “Sabah” matçında son 8 mövsümün tamaşaçı rekordu qırılıb

02 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Paraqraf.com Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, XXII turun son oyununa təsadüf edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçını (3:3) 10 361 tamaşaçı izləyib.

Bunadək rekord XII turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutan “Sumqayıt” – “Qarabağ” oyununu 9 100 azarkeş izləmişdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan matçda qonaqlar qalib gəlib – 4:2.

“Qarabağ” – “Sabah” görüşündəki göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən XI turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 300 azarkeş qeydə alınıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ və İsrailin hücumu nəticəsində Fars əyalətində 35 nəfər ölüb

Next

Ötən ay 4264 hektardan çox ərazi minalardan təmizlənib

Copyright 2026— Praqraf.com. All rights reserved