PAYLAŞIN:

İran ordusu Küveytdəki ABŞ-nin “Əli-Salem” aviabazasına, həmçinin Hind okeanındakı gəmilərə zərbələr endirdiyini bəyan edib.

Paraqraf.com-un “Əl-Ərəbiyyə”yə istinadən verdiyi məlumata görə, bu barədə ordunun bəyanatında deyilir.

“Müxtəlif mövqelərdən fəaliyyət göstərən quru və hərbi-dəniz qüvvələrinin raket bölmələri son bir neçə saat ərzində Küveytdəki “Əli-Salem” ABŞ hərbi aviabazasına, həmçinin Hind okeanının şimal hissəsindəki düşmən gəmilərinə zərbələr endirib”, – ordunun bəyanatında bildirilib.

Eyni zamanda, qeyd olunub ki, İranın hava zərbələrində 15 qanadlı raketdən istifadə edilib.

 

Paraqraf.com 

Loading