PAYLAŞIN:

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

Paraqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA rəsmisi qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.

 

Paraqraf.com 

Loading