PAYLAŞIN:

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura bu gün yekun vurulacaq.

Paraqraf.com-un məlumatına görə, sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək.

“Xilasedici” “Murov Az Terminal”ı qəbul edəcək. Oyun Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, saat 16:00-da start götürəcək.

Qeyd edək ki, XV turda daha əvvəl “Ordu” “Gənclər”i 3:0, “Neftçi” “Azərreyl”i 3:2 hesabı ilə üstələyib.

 

Paraqraf.com 

Loading