Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 28
  • İki Qərb ölkəsi Ukraynaya qarşı savaş açır: Rusiyapərəst dövlətlər Avropa Birliyini də dağıdır

İki Qərb ölkəsi Ukraynaya qarşı savaş açır: Rusiyapərəst dövlətlər Avropa Birliyini də dağıdır

admin 28 Fevral 2026 6 minutes read
524623cc395a8ea5264b94ddb0a98a4c
PAYLAŞIN:

Kremlin “avropalı dostlar”ının Avropa Birliyinə qarşı sərt ittihamları sadəcə, emosional mövqe xarakteri daşımır… Ona görə də, strateji seçimə məcbur qalmış Avropa Birliyinin parçalanmadan yayınma ehtimalı getdikcə zəifləyir…

Ukraynanın Avropa Birliyinə üzvlük iddiaları bu qurumun daxilində ziddiyyətləri dərinləşdirən əsas geopolitik faktorlardan birinə çevrilməyə başlayıb. Çünki Avropa Birliyi daxilində rəsmi Kiyevin bu iddialarına pozitiv yanaşan ölkələrlə yanaşı, sərt ritorika üzərindən müqavimət göstərən dövlətlər də var. Və bu, Avropa Birliyi daxilində Rusiyanı dəstəkləyənlər ilə Kremlə qarşı açıq cəbhə açanlar arasında amansız qarşıdurma kimi də qəbul olunur.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar açıq-aşkar Rusiyanın Avropa Birliyi daxilindəki tərəfdaşı kimi davranan Macarıstanın baş naziri Viktor Orban ilə Brüssel arasında qarşıdurma artıq yalnız sərt ritorika səviyyəsində deyil. Yəni, bu qarşıdurma artıq Avropa Birliyinin gələcək strateji prioritetlərinin müəyyənləşməsi uğrunda siyasi savaşa çevrilir.

38d02546-b32e-41f8-b11f-f6418c472979.jpg (277 KB)

Məsələ ondadır ki, Avropa Birliyi rəsmisi Kaya Kallasın Rusiyaya qarşı sərt şərtlərini və tələblərini ehtiva edən sənədi ilə Macarıstan baş naziri Viktor Orbanın “tarixi paralellər” ritorikası arasında əslində iki fərqli Qərb modeli kəskin şəkildə toqquşur. Çünki bu mərhələdə Ukrayna savaşının dayandırılması prosesinə bəzi önəmli faktorlar neqativ təsir göstərir.

Təbii ki, bu önəmli faktorlar arasında ABŞ-ın sülh prosesində tutduğu mövqe, Mərkəzi Avropada siyasi dinamikanın davamlı dəyişməsi və Rusiya ilə Avropa Birliyi arasında qarşılıqlı iqtisadi asılılığın mövcud olması böyük əhəmiyyət daşıyır. Belə ki, ABŞ-ın transatlantik strateji tərəfdaşlıq xəttinə sadiq qalma ehtimalı getdikcə azalır. Halbuki, Ukrayna müharibəsinin başlanğıcından üzü bəri ABŞ Avropa Birliyi üçün “təhlükəsizlik çətiri” rolunu oynayırdı.

Digər tərəfdən, Rusiya ilə müharibədə Ukraynanın əsas siyasi dayağı da məhz ABŞ-ın hərbi və maliyyə dəstəyi olub. Ancaq Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə ABŞ-da siyasi kursun dəyişməsi həm Avropada, həm də Ukraynada qeyri-müəyyənlik yaradıb. Çünki əgər, Ağ Ev Ukrayna savaşına münasibətdə daha praqmatik xəttə keçərsə, Rusiya ilə məhdud razılaşma modelini dəstəkləyərsə, və ya ABŞ əsas diqqətini məhz Çin istiqamətinə yönəldərsə, onda Avropa Birliyinin hazırkı maksimalist siyasi kursu ciddi şəkildə zəifləyə bilər.

b3560ad2-de89-4138-a98f-1337e28d9a9f.jpg (201 KB)

Əslində, Macarıstan baş naziri Viktor Orbanın sərt ritorikasındakı gizli mesaj da məhz bu önəmli məqamla birbaşa bağlıdır. Belə ki, macar baş nazir Avropa Birliyindəki tərəfdaşlarına “ABŞ mövqeyini tamamilə dəyişib, Rusiyanın yanında yer alarsa, Avropa tək qalacaq” demək istəyir. Avropa Birliyini praqmatik strateji seçim etməyə çağıran Macarıstan bu mövqeyində qətiyyən tək deyil. Rusiyaya yaxınlığı ilə diqqəti çəkən Slovakiya da enerji məsələsində məhz rəsmi Budapeştə daha yaxın mövqe sərgiləyir.

Bütün paralel olaraq, Mərkəzi Avropada isə Rusiyadan enerji asılılıq, iqtisadi maraqlar və sosial-siyasi narazılıqlar daha ehtiyatlı mövqeləri gücləndirir. Ona görə də, əgər, bu xətt güclənərsə, Avropa Birliyi daxilində iki düşərgənin formalaşa biləcəyi qətiyyən istisna deyil. Belə ki, “qoca qitə”də sərt xətt tərəfdarlarını Baltikyanı ölkələrin, Polşanın və Şimali Avropa dövlətlərinin təmsil edəcəyi gözlənilir. Buna alternativ olan praqmatik-realist düşərgədə isə Macarıstan, Slovakiya və potensial olaraq, digər Mərkəzi Avropa ölkələrinin yer alacağı şübhə doğurmur. Və bu, 2027-ci ildə Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı vədlərin icrasını ciddi şəkildə qəlizləşdirə bilər.

Bütün bunlar Rusiya və Avropa Birliyi arasında olduqca ciddi qarşılıqlı iqtisadi asılılığın mövcudluğunu göstərir. Belə ki, sanksiyalara baxmayaraq, Avropa Birliyinin iqtisadiyyatı Rusiyadan hələ tam qoparılmuş deyil. Çünki Rusiyanın Avropa enerji bazarlarına dolayı yollarla çıxışı belə, açıq qalmaqdadır, xammal və strateji resurslar məsələsi də həllini tam tapmayıb, “qoca qitə” iqtisadiyyatı yüksək enerji xərclərindən əziyyət çəkir.

6c806338-1bc1-4b08-8a21-548d77e535d5.jpg (204 KB)

Ona görə də, əgər, Ukrayna müharibəsi uzanarsa, Avropa siyasi məkanında sosial təzyiqlər və “populist ictimai dalğa” daha da güclənə bilər. Macarıstan baş naziri Viktor Orban da əslində, məhz Avropa Birliyinin bu daxili zəiflik nöqtələrinə zərbə endirməyə çalışır. Yəni, macar baş nazir açıq və məqsədyönlü şəkildə enerji təhlükəsizliyi ilə bağlı problemləri məhz geopolitik qarşıdurmanın tam mərkəzinə doğru çəkir.

Bütün bunlar onu göstərir ki, əgər, Avropa Birliyi Ukraynanı sürətlə bu qurumun üzvlüyünə yaxınlaşdırarsa və Rusiyaya yönəlik indiki tələblərini əsas siyasi prioritet kimi saxlayarsa, onda bu, Kreml ilə uzunmüddətli qarşıdurmanı strukturlaşdırmış olacaq. Ancaq bu halda, üstəlik, Ukrayna müharibəsi də “dondurulmuş münaqişə” modelinə keçirilərsə və ABŞ da öz mövqeyini tamamilə əks istiqamətə dəyişərsə, Avropa Birliyi daha praqmatik kursa yönəlmək məcburiyyətində qala bilər.

Belə anlaşılır ki, Macarıstan baş naziri Viktor Orbanın Avropa Birliyinə qarşı sərt ittihamları sadəcə, emosional mövqe xarakteri daşımır. Macar baş nazir hazırda daha çox Avropa Birliyinin strategiyasından qaynaqlanan ciddi risklərə diqqət çəkməyə cəhd göstərir. Və bu baxımdan, strateji seçim məcburiyyəti ilə üzləşmiş Avropa Birliyinin parçalanmadan yayına bilib-bilməyəcəyi böyük əhəmiyyət daşıyır.

Elçin XALİDBƏYLİ

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: SSRİ-ni “Ayı tələsi”nə salan ölkə – Pakistana “Taliban”dan xəyanət
Next: NYT: İrana edilən hazırkı hücum 2025-ci ilin zərbələrindən daha miqyaslıdır

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.