PAYLAŞIN:

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Paraqraf.com-un məlumatına görə, Dublində İrlandiya komandasının qonağı olan Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma rəqibinə 76:75 hesabı ilə qalib gəlib.

Qarşılaşma “National Basketball Arena”da keçirilib.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 4 xalla üçüncü pillədə qərarlaşıb.

Paraqraf.com 

Loading