Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda nağdsız ödənişlər il ərzində 11 %-dən çox artıb
İQTİSADİYYAT

Azərbaycanda nağdsız ödənişlər il ərzində 11 %-dən çox artıb

28 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2025-ci ilin eyni ayı ilə müqayisədə 11,4 % artaraq 7 milyard 687 milyon manat təşkil edib.

Paraqraf.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6,6 milyard manatı (85,9 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 085 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 70,6 %-ni təşkil edib.

Bu il fevralın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 156 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,8 %, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 13,3 % artaraq 20,082 milyon, kredit kartlarının sayı isə 7,6 % azalaraq 2,074 milyon olub. yanvarda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 10,573 milyard manat (illik müqayisədə 11,1 % çox) və 647 milyon manat (23 % az) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 7,7 %, POS-terminalların sayı isə 50,6 % artaraq müvafiq olaraq 3 584 ədəd (Bakı üzrə 1 932 ədəd) və 183 497 ədəd (Bakı üzrə 114 646 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yuri Vernidub: “Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər”

Next

SEPAH ABŞ-nin hərbi gəmisinə raket zərbələri endirib

Copyright 2026— Praqraf.com. All rights reserved