Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Aqrar sektorda dərinləşən geriləmə: idxal artır, heyvandarlıq azalır
İQTİSADİYYATMANŞET

Aqrar sektorda dərinləşən geriləmə: idxal artır, heyvandarlıq azalır

28 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda aqrar sektor, xüsusilə heyvandarlıq sahəsi son illərdə ciddi azalma ilə üzləşib. 2025-ci ilin oktyabrına olan rəsmi statistikaya əsasən ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 438 min 800 baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 763 min 700 baş təşkil edib. Bu, ötən illə müqayisədə müvafiq olaraq təxminən 2 faiz və 3,5 faiz azalma deməkdir. Son beş ildə isə qoyun və keçilərin sayı 1,3 milyon baş, iribuynuzlu mal-qara 200 mindən çox azalıb. Paralel olaraq ət və süd məhsullarının idxalında kəskin artım qeydə alınıb ki, bu da ölkənin ərzaq təhlükəsizliyi baxımından narahatlıq yaradır.

Mövzuyla bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Paraqraf.com”-a açıqlamasında bildirib ki, aqrar sektorda geriləmənin əsas səbəbləri sistemli və struktur xarakter daşıyır:

Razi Abbasbəyli deputatlığa namizəd oldu - FOTO

“Birinci problem örüş sahələrinin məhdudlaşmasıdır. Xüsusilə uzunmüddətli istifadədə olan torpaqların məhsuldarlıq potensialı zəifləyib, lakin onların alternativ təyinatı ilə bağlı vahid proqram yoxdur. Digər mühüm məsələ yem bazasının daralmasıdır. Birillik otların və yonca əkin sahələrinin azalması heyvandarlıq üçün ciddi risk yaradır. Bu isə yem qiymətlərini artırır və maya dəyərini yüksəldir.

Bundan əlavə, dizel yanacağının bahalaşması fermerlərin xərclərini əhəmiyyətli dərəcədə artırıb. Baytarlıq xidmətləri və dərman təminatı da baha və əlçatmazdır. Xəstəliklərin yayılması zamanı operativ müdaxilə mexanizmi zəifdir. Bütün bunlar kiçik və orta təsərrüfatların bazardan çıxmasına səbəb olur”.

Ekspert qeyd edib ki, hökumət təcili tədbirlər görməlidir. Dizel yanacağı fermerlərə güzəştli qiymətlə təqdim olunmalıdır:

“Subsidiyaların həcmi artırılmalı və onların təyinatı üzrə istifadəsinə ciddi nəzarət mexanizmi qurulmalıdır. Baytarlıq xidmətləri və dərman təminatı üzrə vahid qiymət siyasəti tətbiq edilməlidir. Eyni zamanda, örüş sahələrinin genişləndirilməsi, dincə qoyulmuş torpaqların inventarlaşdırılması və zəif məhsuldar ərazilərin heyvandarlıq təsərrüfatlarına verilməsi ilə bağlı ölkə üzrə geniş proqram hazırlanmalıdır”.

 

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Hörmüz boğazı bağlanır: dünya neft bazarında partlayış, qiymətlər rekord həddə doğru sürətlənir

Next

ATV-dən şok qərar – Zaurun da verilişi bağlandı

Copyright 2026— Praqraf.com. All rights reserved