PAYLAŞIN:

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.

Paraqraf.com xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Xəsarət alan iki nəfər gecə saat 22:00–23:00 radələrində “Baku Medical Plaza”nın Babək filialına hospitalizasiya olunub.

Hazırda pasiyentlərin vəziyyəti ağır qiymətləndirilir. Onlara dərhal zəruri tibbi yardım göstərilib, müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading