Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 27
  • MM xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini son oxunuşda qəbul edib

MM xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini son oxunuşda qəbul edib

admin 27 Fevral 2026 2 minutes read
4d78b349-7253-3366-99cd-81cda7d07d74_1200
PAYLAŞIN:

Milli Məclis xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçirilməsini qəbul edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı “Kinematoqrafiya haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Sənəddə təklif edilib ki, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçirilsin.

Bildirilib ki, dəyişikliklər xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.

Diqqətə çatdırılıb ki, xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizmi bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.

Təklifin qəbulu nəticəsində ölkədə kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Xocalı heç vaxt unudulmayacaq” – Anım tədbiri keçirildi
Next: Ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulması təklifi qəbul edilib

OXŞAR MÖVZULAR

IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

admin 24 Aprel 2026
6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.