Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Deputat seçicilərini belə aldadır – Həm də rəsmi qəzet vasitəsilə
CƏMİYYƏT

Deputat seçicilərini belə aldadır – Həm də rəsmi qəzet vasitəsilə

27 Fevral 2026 1 Min Read
PAYLAŞIN:
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalı seçicilərinin onunla əlaqə saxlaması üçün işləməyən telefon nömrəsi verib.

Paraqraf.com Yeni Sabah-a istinadən xəbər verir ki, parlament üzvlərinin aylıq vətəndaş qəbul cədvəli Milli Məclisin mətbuat orqanı olan rəsmi dövlət qəzetində – “Azərbaycan”da dərc olunur.

Deputatların 2026-cı il mart ayı üzrə seçicilərlə görüş cədvəli də adıçəkilən qəzetdə işıq üzü görüb.

Cədvəl Milli Məclis üzvlərinin soyadının baş hərfinə uyğun olaraq, əlifba sırası ilə verilib.

Ağamalı Günay Fəzail qızı 6-cı sıradadır. Qeyd olunub ki, o, martın 7-də Salyanda, 14-də isə Biləsuvar və Neftçala rayonlarında seçiciləri ilə görüşəcək. Deputatın qəbuluna yazılmaq, qəbulun yeri və saatı barədə məlumat almaq üçün onun köməkçisi Emin Xudiyevlə əlaqə saxlamaq lazımdır. Bunun üçün köməkçinin +99451 451 26 76 nömrəli telefonuna zəng etmək tələb olunur. Amma məsələ ondadır ki, bu nömrə mövcud deyil. Həmin nömrəni yığanda operator “bu nömrə təyin edilməyib” cavabını verir.

Bunun səbəbini öyrənmək üçün Günay Ağamalı ilə əlaqə saxlamağa çalışdıq. Lakin deputat zənglərə cavab vermədi.

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Torpaq sənədlərində problem yaşayanlara ŞAD XƏBƏR – Araşdırma proseduru SADƏLƏŞDİRİLDİ!

Next

Azərbaycan miqrasiya marşrutları boyunca artan ölüm hallarından narahatdır

Copyright 2026— Praqraf.com. All rights reserved