Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR
CƏMİYYƏTMƏDƏNİYYƏT

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

27 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq edərək “açıq qapı” prinsipi əsasında tamaşa və tədbirlər həyata keçirir.

Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin altıncı səfəri Gəncə Dövlət Milli Dram Teatrı ilə birgə Gəncə şəhərində baş tutub. Layihənin bu dəfəki tədbiri Xocalı soyqırımının ildönümünə təsadüf edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra aparıcılar – Gəncə Dövlət Milli Dram Teatrının teatrşünas-tənqidçisi Anar Bürcəliyev və Bakı Uşaq və Gənclər Teatrının nümayəndəsi Mehman Piriyev çıxış edərək hər iki teatrın yaranma tarixi, repertuarı, eləcə də iştirak etdikləri beynəlxalq və yerli festivallar barədə məlumat veriblər.

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist, rejissor və aktyor İntiqam Soltan və Gəncə Dövlət Milli Dram Teatrının rejissoru Elşad Əhmədov çıxışlarında layihənin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin davamında Gəncə Dövlət Milli Dram Teatrının gənc aktyoru Murad Meyfəliyevin müəllifi və quruluşçu rejissoru olduğu “Zəfər” tamaşası, həmçinin Bakı Uşaq və Gənclər Teatrının repertuarında xüsusi yer tutan, ideya müəllifi və quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltan olan “Vətən” tamaşası nümayiş etdirilib.

Sonda Bakı Uşaq və Gənclər Teatrı adından təşəkkürnamə təqdim olunub. Eyni zamanda, Gəncə Dövlət Milli Dram Teatrı tərəfindən Bakı Uşaq və Gənclər Teatrı fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı, Horadizdə Füzuli Dövlət Dram Teatrı, Quzanlıda Ağdam Dövlət Dram Teatrı və Sumqayıtda Sumqayıt Dövlət Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə keçiriləcək festival çərçivəsində yekun vurulması planlaşdırılır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Polşa 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi hazırlayır

Next

Strateji müttəfiqlikdən qlobal əməkdaşlığa: “Azərbaycan–Türkiyə xətti daha da güclənir” – ŞƏRH

Copyright 2026— Praqraf.com. All rights reserved